Vilayət Eyvazov rüşvət alan yol polisini işdən qovdu - VİDEO

Yol polisi 14 Yanvar 2020 11:15 Oxunub 1656
Vilayət Eyvazov rüşvət alan yol polisini işdən qovdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vüqar Mehdiyev Daxili İşlər orqanlarında xidmətdən xaric edilib

Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb. Avtosfer.az Unikal.org-a istinadən məlumatına görə, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.

Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də, inspektor “qaydanın belə olduğunu” əsas gətirərək pulu qəbul etmir. 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh