Avtosfer.az | Reklam
TIR-la dəmir jalüzün arasında qalan işçi vəfat etdi - VİDEO
Avtosfer TV 14 Yanvar 2020 11:31 340 dəfə oxunub
TIR-la dəmir jalüzün arasında qalan işçi vəfat etdi - VİDEO
Polis faktla bağlı təhqiqatlara başlayıb

Rusiyanın Yekaterinburq şəhərində park edilən TIR-ın işçini sıxıb öldürmə görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 13-də şəhərdə  yerləşən mikrorayonların birinin ərazində fəaliyyət göstərən “Staraya Sortirovka” yükləmə nöqtəsində qeydə alınıb. Bu barədə “Naşa qazeta” nəşri məlumat yayıb.

Kadrlarda, sürücünün TIR-ı geriyə verərək park etmək istədiyi, bu arada işçilərdən birinin pəncərənin dəmir jalüzünü qaldırmağa çalışdığı və TIR-ın onu sıxdığı görülür.

Yük maşını ilə dəmir jalüzün arasında sıxılaraq ağır xəsarətlər alan 33 yaşlı kişi hadisə yerində vəfat edib.

Polis faktla bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh