Sola dönərkən hansı trayektoriya ilə hərəkət etmək olar?- DOĞRU CAVAB - FOTO

Yarışma 14 Yanvar 2020 13:55 Oxunub 4654
Sola dönərkən hansı trayektoriya ilə hərəkət etmək olar?-  DOĞRU CAVAB - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla bağlı qanunda heç bir qadağa yoxdur

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir.
Sual belədir: Gördüyünüz fotoda sürücü göstərilən trayektoriyaların hansı ilə hərəkət edə bilər? 

1) A trayektoriyası ilə

2) B trayektoriyası ilə

3) C trayektroiyası ilə

4) B və C trayektoriyası ilə

5) A və B trayektoriyası ilə

Sualın doğru cavabı belədir: Fotoda göstərilən С trayektoriyası əks istiqamətli hərəkət zolağını göstərdiyi üçün həmin trayektoriya ilə hərəkət etmək qadağandır. Sola dönən sürücü A və B trayektoriyası ilə hərəkətinə davam edə bilər. Yol Hərəkəti Haqqında Qanunun 42-ci maddəsində, sola dönən sürücünün dönəcəyi yolun hansı zolağına dönməsi ilə bağlı heç bir qadağa olmadığı üçün əks istiqamətdən başqa digər zolaqlara dönmə qanun çərçivəsində olacaqdır.

Sualın ilk düzgün və izahlı cavabını verən Abuzərli Müşviq adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh