Avtosfer.az | Reklam
Sosial şəbəkələrdə ən çox izlənən yol polisi videosuna CAVAB - VİDEO
Yol polisi 15 Yanvar 2020 17:12 6708 dəfə oxunub
Sosial şəbəkələrdə ən çox izlənən yol polisi videosuna CAVAB - VİDEO
Yol polisinin bort kompüteri işlək vəziyyətdə olmayıb

Hacıqabul rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşının sürücüdən rüşvət alması ilə bağlı video yayılmışdı. İddia olunurdu ki, YPX əməkdaşı sürücünü qayda pozduğu üçün saxlayıb və sonradan pul alaraq buraxıb.

Videoda yol polisinə pul verdiyi deyilən Həsən adlı vətəndaş Avtosfer.az-a müraciət edərək bildirib ki, o yol polisinə pul verməyib. Sadəcə olaraq avtomobilində olan cərimələri öyrənmək üçün üzərində telefon nömrəsi olan kağızı YPX əməkdaşına verib. Xahiş edib ki, cərimələri olub-olmaması barədə məlumat versin.

Sürücü Rusiyada yaşayır və həmin vaxt da yol polisinin bort kompüteri işlək vəziyyətdə olmayıb. Sürücünün videomüraciətini təqdim edirik:

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh