Avtosfer.az | Reklam
Nəqliyyat sahəsində fiziki məhdudiyyətli insanlara diqqət necədir? - ŞƏRH
Gündəm 14 Yanvar 2020 15:15 478 dəfə oxunub
Nəqliyyat sahəsində fiziki məhdudiyyətli insanlara diqqət necədir? - ŞƏRH
Xüsusi qayğıya ehtiyaclı olan insanları daim diqqət mərkəzində saxlamaq lazımdır

"Nəinki əlillərin, heç sağlam insanların da hərəkəti üçün bir çox hallarda çətinlik yaranır"

Cəmiyyətdə sağlam insanlarla yanaşı fiziki əngəlli şəxslər də az deyil. Bəziləri gözdən əlil, bəziləri arabada hərəkət edir. Bu insanların cəmiyyətdə rahat hərəkəti üçün hansı tədbirlər görülüb? Xüsusi qayğıya ehtiyacları olduğu nəzərə alınıbmı?

Nəqliyyat sahəsində fiziki məhdudiyyətli insanlara diqqət necədir? - ŞƏRH

Avtosfer.az xəbər verir ki, “MediaPost” nəqliyyat sahəsində bu məsələni aydınlaşdırmağa çalışıb. 

Bir neçə il əvvələ qədər bu qəbil insanların yollarda hərəkəti üçün ümumiyyətlə heç bir infrasturuktur yox idi. Bakı Nəqliyyat Agentliyi bu sahədə müəyyən işlər görüb. Səki və keçidlərdə fiziki məhdudiyyətli insanlar üçün nəzərə tutulmuş panduslar yerləşdirilib. Eyni zamanda gözdən əlillər üçün də zolaqlara paytaxt küçələrində rast gəlmək olur. Amma bu yetərli deyil. Çünki qeyd etdiyimiz məsələlər daha çox paytaxtın mərkəzi hissələrindədir. Amma bir az kənar hissələrdə yenə əvvəlki qayda hökm sürür. 

Nəqliyyat sahəsində fiziki məhdudiyyətli insanlara diqqət necədir? - ŞƏRH

Paytaxtda yeraltı piyada keçidlərinin bəzilərində fiziki əngəlli insanlar üçün xüsusi yerlər və cihazlar var. Lakin onların işlək vəziyyətdə olması sual altındadır. Həmçinin əlil təkbaşına o cihazlardan istifadə edə bilməz. 

Nəqliyyat sahəsində fiziki məhdudiyyətli insanlara diqqət necədir? - ŞƏRH

Yerüstü piyada keçidlərində isə bu ümumiyyətlə nəzərdə tutulmayıb. Məsələn, yüksəksürətli yolda fiziki məhdudiyyətli insan digər tərəfə keçə bilməz. Onu ya kimsə qucağında keçirməli, ya da ki, özünü təhlükəyə atmalıdır. 

Nəqliyyat sahəsində fiziki məhdudiyyətli insanlara diqqət necədir? - ŞƏRH

Bir neçə il əvvəl əlil bir şəxsin avtobusa minməsi üçün sürücüdən pandusu açmasını istəməsi və sürücünün imtina etməsi ilə bağlı video yayıldıqdan sonra bu məsələ gündəmə gəldi. Hazırda bir neçə şirkətin avtobusları istisna olmaqla digərlərinə fiziki əngəlli insanların minməsi mümkün görünmür. Çünki buna ümumiyyətlə şərait yoxdur. Təəssüf ki, alınan bəzi yeni avtobuslarda da bu, möcvud deyil. Yaxşı olardı ki, Bakı Nəqliyyat Agentliyi şirkətlər qarşısında avtobus alarkən bunu şərt olaraq qoysun. 

Əksər yeraltı parkinqlərdə əlillər üçün avtomobili park etməyə xüsusi yerlər ayrılıb. Adətən bu yerlər liftə yaxın ərazidə olur. Amma təəssüf ki, bəzi sürücülər əlillər üçün olan yerləri zəbt edirlər. Bu həmçinin yollarda da olur. 

Nəqliyyat sahəsində fiziki məhdudiyyətli insanlara diqqət necədir? - ŞƏRH

Belə ki, səkidən enmək üçün nəzərdə tutulan pandusun önündə avtomobil saxlayanlar da az deyil. Yəni əlil şəxs səkinən enmək istədikdə qarşısında dayanmış avtomobili görür. Bir sıra ölkələrdə əlillərin park yerində avtomobil saxlayanlar üçün cərimə məbləği olduqca yüksəkdir. Bizdə də bunun tətbiq olunması arzuolunandır. 

Nəqliyyat sahəsində fiziki məhdudiyyətli insanlara diqqət necədir? - ŞƏRH

Nəqliyyat eksperti Elməddin Muradlı “MediaPost”a açıqlamasında bildirir ki, dünya təcrübəsindən yanaşanda əlillərin yollarda rahat hərəkətində hər yerdə müəyyən çətinliklər var. O cümlədən Azərbaycanda da analoji vəziyyətdir. Yalnız son illərdə bu sahədə müəyyən addımlar atılıb. 

 

Nəqliyyat sahəsində fiziki məhdudiyyətli insanlara diqqət necədir? - ŞƏRH

Elməddin Muradlı xalqımızın mental xüsusiyyətlərinin bu sahədə mühüm rol oynadığını bildirib: "Vətəndaşlar istənilən halda əlil insanlara kömək edir. Amma ümumilikdə nəqliyyat infrastrukturu elə olmalıdır ki, bu qrup insanlar rahat hərəkət edə bilsinlər".

Ekspert hesab edir ki, ümumiyyətlə, əlillərin təkbaşına hərəkəti mümkünsüz görünür: "Çünki bizim küçə və yollarımızda bunu tətbiq etmək üçün hər şey yenidən qurulmalıdır. Müəyyən oblektlər sökülməlidir. Buna xeyli vəsait lazımdır. Amma heç olmasa bundan sonra yollar təmir olunduqca, yeni avtobuslar gətirildikcə buna şərait yaradılmalıdır. Bəzən hündür bordürləri quraşdırılar ki, nəqliyyat vasitələri ora çıxmasın, amma bunun başqa fəsadları da olur. Burada əlillərlə yanaşı yaşlı insanlar da nəzərə alınmalıdır. Bu heç standartlara da uyğun deyil. Sadəcə olaraq belə yanaşmalar nəqliyyat sahəsinə cavabdeh şəxslərin şəxsi təxəyyülü bu cür vəziyyət yaradıb. Nəinki əlillərin, heç sağlam insanların da hərəkəti üçün bir çox hallarda çətinlik yaranır".

Nəqliyyat sahəsində fiziki məhdudiyyətli insanlara diqqət necədir? - ŞƏRH

P.S. Xüsusi qayğıya ehtiyaclı olan insanları daim diqqət mərkəzində saxlamaq lazımdır. Çünki heç kim heç nədən sığortalanmayıb. Sabah bizlər də həmin kateqoriyaya aid ola bilərik.

Gültən

ŞƏRH YAZ
Ad
E-mail
Şərh