“Nissan”ın səhmləri ucuzlaşır

Avtobazar 14 Yanvar 2020 17:05 Oxunub 2007
“Nissan”ın səhmləri ucuzlaşır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
3 bənd geriləyərək 618 yen (5,6 ABŞ dolları) qiymətinədək ucuzlaşıb

“Nissan Motor”un səhmləri “Renault”la alyansının mümkün pozulmasına dair xəbərlərin yayılması ilə 2011-ci ilin sentyabr ayından sonrakı dövrdə ən aşağı həddə ucuzlaşıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Tokio Fon Birjasında keçirilən hərrac zamanı səhmlər ötən günə nisbətən 3 bənd geriləyərək 618 yen (5,6 ABŞ dolları) qiymətinədək ucuzlaşıb.

Bundan əvvəl “Nissan”ın Mətbuat xidməti təcili açıqlama yayaraq “Renault” və “Mitsubishi”ilə alyansın pozulacağı barədə xəbərləri fərziyyə olaraq səciyyələndirərək alyansın buraxılması məsələsinin gündəmdə olmadığını vurğulayıb. Açıqlamada sözügedən birlik sayəsində rəqabətçilik daha da artıraraq dayanıqlı artım və mənfəət yolunun açıldığı qeyd olunur.

Ötən gün FT alyansın keçmiş rəhbəri Karlos Qohn ətrafında baş verən qalmaqalla bağlı “Nissan”ın “Renault” ilə alyansa son qoymaq planı üzərində çalışmaları sürətləndirməsi barədə xəbər vermişdi. Xəbərdə K.Qohnun Livana qaçmasının səbəb yox, bir müddət iki şirkət arasında mövcud olan narazılığın üzə çıxması üçün bəhanə olduğu da qeyd olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh