Avtosfer.az | Reklam
Təqibdən qaçan sürücü avtomobili evə çırpdı: maşın yandı, özü isə... - FOTO 
Avtosfer Foto 14 Yanvar 2020 17:20 1036 dəfə oxunub
Təqibdən qaçan sürücü avtomobili evə çırpdı: maşın yandı, özü isə... - FOTO 
Faktla bağlı təhqiqatlara başlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərində polisin təqibindən qaçan sürücü, avtomobili evə çırpıb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 14-də gecə saatlarında Ropşa qəsəbəsi ərasizində qeydə alınıb. bu barədə regional üzrə Dövlət Yol Patrul Xidmətindən məlumat verilib.

Məlumata görə, ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları yol hərəkəti qaydasını pozan avtomobil müəyyən edərək “Saxla” əmrini veriblər, lakin, sürücü əmrə tabe olmayıb. Bunun ardınca polis əməkdaşları əmrə tabe olmayan avtomobili təqib etməyə başlayıblar. Təqib əsnasında sükan idarəetməsini itirən sürücü, avtomobillə şəxsi evin hasarını aşıraraq həyətyanı sahəyə keçib və sonra da evə çırpılaraq yanıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində yanaraq dünyasını dəyişib.

Maşının salonuna keçirilən baxış zamanı oradan 30 yaşlarında Özbəkistan vətəndaşının adına olan sənədlər tapılıb, vəfat edən şəxs ərazidə miqrant kimi qeydiyyatda olmayıb.

Faktla bağlı təhqiqatlara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh