Avtosfer.az | Reklam
Qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb - FOTO
Gündəm 14 Yanvar 2020 18:15 389 dəfə oxunub
Qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb - FOTO
3 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Oğuz rayon sakini Alqayıt Məmmədov Bakıxanov qəsəbəsində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 3 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.

Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İatintaq Şöbəsinə göndərilib.

Gültən

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh