Avtosfer.az | Reklam
Gürcüstan-Azərbaycan sərhədində insident: saxlanılan var
Gündəm 14 Yanvar 2020 18:50 544 dəfə oxunub
Gürcüstan-Azərbaycan sərhədində insident: saxlanılan var
Faktla bağlı istintaq aparılır

Gürcüstan-Azərbaycan sərhədində insident baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. İnsident zamanı Q.İ. adlı Gürcüstan vətəndaşı saxlanılıb. Həmin şəxs odlu silahın qanunsuz əldə olunması, saxlanılması və girov götürməkdə günahlandırılır. O, odlu silah və qumbara ilə hədə-qorxu gələrək gürcü sərhədçilərini sərhədin razılaşdırılmamış hissəsinə doğru hərəkət etməyə məcbur edib. İnsident zamanı Q.İ. bir neçə dəfə atəş açıb. Gürcüstan Sərhəd Polisinin əməkdaşlarının sayəsində insident tam aradan qaldırılıb.

Faktla bağlı istintaq aparılır.

Gürcüstan DİN azərbaycanlı həmkarlarına bu insidentin aradan qaldırılması ilə bağlı effektiv əməkdaşlığa görə minnətdarlığını bildirib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh