Avtosfer.az | Reklam
İki avtobus toqquşdu: 36 ölü, 59 yaralı
Qəzalar 14 Yanvar 2020 20:15 1086 dəfə oxunub
İki avtobus toqquşdu: 36 ölü, 59 yaralı
Hadisə yerinə xilasetmə və polis əməkdaşları cəlb edilib

Qanada iki avtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 14-də səhər saatlarında ölkənin cənubunda yerləşən Dompoase yaşayış məntəqəsi ərazisində qeydə alınıb. Bu barədə yerli “Ghana News Agency” agentliyi məlumat verib.

Məlumata görə, toqquşma nəticəsində 31 nəfər hadisə yerində, daha beşi isə xəstəxanada vəfat edib. 59 sərnişin müxtəlif cür bədən xəsarətləri alıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinə xilasetmə və polis əməkdaşları cəlb edilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh