Bakıda taksi sürücüsü qəza törədib, ağır yaralılar var

Qəzalar 14 Yanvar 2020 21:20 Oxunub 4343
Bakıda taksi sürücüsü qəza törədib, ağır yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər

Bakının Yasamal rayonunda iki nəqliyyat vasitəsi toqquşub, 3 nəfər xəsarət alıb.

Hadisə Bakı Dairəvi yolunda baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Əsgərov Azər, 1989-cu il təvəllüdlü Rzayeva Aysel və  1984-cü il təvəllüdlü Əliyeva Fəridə ağır bədən xəsarətləri alıblar. 

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağırdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh