Mərdəkan qəsəbəsində zoomarketə basqın edən şəxslər saxlanılıblar - FOTO

Gündəm 15 Yanvar 2020 12:00 Oxunub 739
Mərdəkan qəsəbəsində zoomarketə basqın edən şəxslər saxlanılıblar  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmalar davam etdirilir

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın olub. DİN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə naməlum şəxslər mağazanın sahibi H.Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçiriblər. Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar. Qeyd edək ki, E.Əliyev əvvəllər həmin zoomarketdə işləyib. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsa da polislər onların izinə düşə biliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh