Cəbhəyanı ərazidən silah-sursat aşkar edilərək götürülüb - FOTO

Gündəm 15 Yanvar 2020 12:05 Oxunub 649
Cəbhəyanı ərazidən silah-sursat aşkar edilərək götürülüb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Xocavənd RPŞ-nin əməkdaşları xidmətdə olarkən Qaradağlı kəndi ərazisindəki boş sahədən 1 ədəd tək lüləli ov tüfəngi, 1 ədəd nömrəsi silinmiş “Makarov” tapançası, 52 ədəd pulemyot patronları, 3 ədəd boş giliz və 1 ədəd kiçik fişəngatan aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh