Hacıqabul sakinindən narkotik götürülüb

Gündəm 15 Yanvar 2020 12:10 Oxunub 727
Hacıqabul sakinindən narkotik götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
51 yaşlı Azad Yusifli polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 51 yaşlı Azad Yusifli polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi yarım kiloqrama yaxın narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh