Həmkəndlisinə qarşı xuliqanlıq edən şəxs saxlanıldı

Gündəm 15 Yanvar 2020 13:00 Oxunub 715
Həmkəndlisinə qarşı xuliqanlıq edən şəxs saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba rayonunun Birinci Nügədi kənd sakini Nəbi Şərifovun kəsilmiş-deşilmiş bədən xəsarəti diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri uğurlu təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində xuliqanlıq hərəkətləri zəmnində zərərçəkənə xəsarət yetirdikdən sonra həmin ərazidən uzaqlaşaraq gizlənən kənd sakini, 55 yaşlı Rauf Muradov gecə saatlarında saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Nəbi Şərifova bıçaqla xəsarət yetirdiyini bildirib. Hadisə zamanı istifadə edilmiş bıçaq maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh