Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis təyin etdi - ƏMR

Yol polisi 15 Yanvar 2020 17:45 Oxunub 3477
Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis təyin etdi                                       - ƏMR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşid Piriyev gətirilib

Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta polkovnik leytenant  Rəşid Piriyev gətirilib.

BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Piriyev icra edirdi.

Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Rəşid Piriyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh