Bakıda bu parklanma yerləri tam ödənişsizdir - FOTOLAR

Yeniliklər 16 Yanvar 2020 11:53 Oxunub 1443
Bakıda bu parklanma yerləri tam ödənişsizdir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanma və durmanın qadağan olunmadığı hər yerdə parklanma ödənişsizdir

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır. Bu barədə Avtosfer.az-a BNA-dan məlumat verilib. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir. "Bir daha sürücülərimizdən "Yol hərəkəti haqqında" qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik", - deyə BNA-dan bildirilib.  

Unutmayaq ki, biz yollarda tək deyilik!".

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh