Avropada sürətlə yayılan qadağa: Artıq Türkiyəyə də gəlir

Yeniliklər 16 Yanvar 2020 14:55 Oxunub 1560
Avropada sürətlə yayılan qadağa: Artıq Türkiyəyə də gəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün dünyada istehsalı azaldılan dizel avtomobillərinin 2030-cu ildə tamam aradan qaldırılması gözlənilir

Almaniyada başlayan dizel qadağası Avropanın bütün şəhərlərinə yayılır. Milan, Barselona, Madrid kimi şəhərlərdən sonra Fransa, Hollandiya və Norveç kimi ölkələrin şəhərlərində də bu qadağanın tətbiqi nəzərdə tutulub.

Bizimyol.info xəbər verir ki, “dizel qadağası”nın Türkiyəyə də təsir göstərəcəyi gözlənilir. Çünki qadağanın tətbiq edildiyi ölkələrdə dizellə işləyən avtomobillərin sahibləri ikinci əl satışda böyük ziyana düşüb.

“Dizel qadağası” birinci dəfə 2018-ci ildə Almaniyanın Köln şəhərində başlayıb. Ardınca Hamburq, Ştutqart, Bonn və Essen şəhərində də tətbiq olunub. 2019-cu ildə Milanda da tətbiq olunub. Daha sonra Barselona da 2020-ci ilə “dizel yasağı” ilə girib. Bundan sonra həmin şəhərlərdə dizellə işləyən maşınların qiyməti ucuzlaşıb.

Ümumdünya Səhiyyə Təşkilatının keçirdiyi laboratoriya sınaqlarında dizel yanacağının ətrafa 10 dəfə çox ziyan vurduğu təsdiqlənib. Üstəlik, məlum olub ki, havanı çirkləndirməklə yanaşı, həm də tarixi abidələrə ziyan vurur.

Bu qadağanın Türkiyəyə də gəlib çıxması gözlənilir. Dünyanın ən böyük alternativ yanacaq sistemləri istehlakçısı BRC-nin Türkiyədəki təmsilçisi Kadir Örücü deyir ki, dizel avtomobilləri havanı çirkləndirməklə, insan sağlamlığına da kəskin ziyan vurur: “Artıq Avropa ölkələri dizel qadağasıyla müəyyən nailiyyətlər əldə etməyə çalışırlar. Tarixi dəyərlərinin misilsiz qiyməti olan İstanbulda da bu qadağanı görməyimiz mümkündür. Xüsusən şəhərin mərkəzindəki tıxaclar zamanı havanın necə çirkləndiyinə diqqət yetirmək kifayətdir ki, bunun vacibliyini anlayaq”.

Bütün dünyada istehsalı azaldılan dizel avtomobillərinin 2030-cu ildə tamam aradan qaldırılması gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh