“Toyota” və “Lexus” 700 minə yaxın avtomobili geri çağırır

Avtoxəbər 16 Yanvar 2020 16:04 Oxunub 1899
“Toyota” və “Lexus” 700 minə yaxın avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, 2018-2019-cu illərdə istehsal edilən modelləri əhatə edir

Yaponiya avtokonserni “Toyota” və “Lexus” ABŞ-dan 700 minə yaxın avtomobili təhlükəli qüsura görə geri çağırır. Avtosfer.az xəbər verir ki, bu, 2018-2019-cu illərdə istehsal edilən avtomobilləri əhatə edir. Bu barədə “FoxNews” nəşri məlumat verib.

Məlumata görə, çağırış “Toyota”nın “4Runner”, “Camry”, “Highlander”, “Land Cruiser”, “Sequoia”, “Sienna”, “Tacoma”, “Tundra”, “Avalon” “Corolla” 2019-cu il və “Lexus”un “LS 500”, “LC 500”, “RC 350”, “RC 300” modellərinə şamil edilir.

Həmçinin məlumatda, bu markalarda yanacaq pompasının işini dayandırması, mühərrikin fəaliyyətində fasilələrin yarana biləcəyi və qəfildən avtomobilin dayanacağı deyilir. Bu cür nasazlıq maşının sürücüsünə, sərnişininə zərər verə bilər və yaxud da qəzaya səbəb ola bilər.

“Toyota” qüsuru şirkətin hesabına, avtomobil sahiblərinə ödənişsiz təmir ediləcəyinə söz verib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh