Cəlilabadda avtomobil su kanalına düşüb - FOTO

Qəzalar 16 Yanvar 2020 20:15 Oxunub 1209
Cəlilabadda avtomobil su kanalına düşüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya ilkin səbəb kimi qarlı hava şəraiti göstərilir

Cəlilabad rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, “Mercedes Vito” markalı avtomobil körpüdən yuvarlanaraq yolun kənarındakı su kanalına düşüb. Hadisə nətcəsində xəsarət alan olmayıb. Qəzaya ilkin səbəb kimi qarlı hava şəraiti göstərilir.

Qeyd edək ki, bu gün Cəlilabad rayonunun Badamağac, Şatırlı, Əsədli, Ləkin və Zəhmətabad kəndlərinə qar yağıb. Hazırda bu kəndlərdə qarın səviyyəsi 7 sm-ə çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh