Xaçmazda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Qəzalar 16 Yanvar 2020 22:45 Oxunub 838
Xaçmazda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır
Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Avtosfer.az xəbər verir ki, “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ləcət kəndində qeydə alınıb.
 
Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin sakini, 1955-ci il təvəllüdlü Bəxtiyarov Vəli Allahverdi oğlu yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
 
B. Vəlinin oğlu xəstəxanaya bildirib ki, atası naməlum avtomobil tərəfindən vurulub.
 
Yaralıya müayinədən sonra qapalı kəllə beyin travması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ diz oynağının əzilməsi travması diaqnozu qoyulub.
 
O, həkim nəzarətinə götürülərək Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.
Gültən
ŞƏRH YAZ
Ad

E-mail

Şərh