Xaçmazda baş verən qəzada xəsarət alan 6 nəfərin adı məlum olub

Qəzalar 16 Yanvar 2020 22:50 Oxunub 866
Xaçmazda baş verən qəzada xəsarət alan 6 nəfərin adı məlum olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya düşənlər Hacıəlibəy kəndindən olan bir ailənin üzvləridir

Xaçmaz rayonunda baş verən avtomobil qəzasında xəsarət alan şəxslərin adları məlum olub

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, qəza nəticəsində rayonun Hacıəlibəy kənd sakinləri 1984-cü il təvəllüdlü Niftəliyev Tural Mövlud oğlu, 2007-ci il təvəllüdlü Niftəliyeva Səadət Tural qızı, 2008-ci il təvəllüdlü Niftəliyev Sahil Tural oğlu, 1966-cı il təvəllüdlü Sona Bədir qızı Əzizova, 1980-ci il təvəllüdlü Fərəcov Amil Seyidbala oğlu və 1984-cü il təvəllüdlü Abdullayeva Roza Zeynal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, yol qəzası Xaçmaz-Quba yolunun Ağyazıbuduq kəndindən keçən hissəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

21:27***

Xaçmaz rayonunda avtomobil qəzası baş verib. 

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağyazıbuduq kəndi ərazisində qeydə alınıb.

Qəzaya düşənlər Hacıəlibəy kəndindən olan bir ailənin üzvləridir.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh