Sabunçuda iki maşın toqquşub, xəsarət alan var

Qəzalar 17 Yanvar 2020 00:00 Oxunub 985
Sabunçuda iki maşın toqquşub, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb.

Belə ki, qəza zamanı 1995-ci il təvəllüdlü Abdulzadə Elşən Müzəffər oğlu xəsarət alıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin küt travması və belin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh