Bu yolda sürücülər təhlükəylə üzləşir: DİQQƏT - FOTO

Qaydalar 17 Yanvar 2020 11:00 Oxunub 1773
Bu yolda sürücülər təhlükəylə üzləşir:  DİQQƏT - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizliyi təmin etmək üçün güzgü qoyulmalıdır

Heydər Əliyev prospektində olan təhlükə ilə bağlı bir neçə sürücü redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, əvvəllər Heydər Əliyev prospektinin sağ hərəkət hissəsində (Davud Aslan küçəsi ilə kəsişmədə) yolayrıcına yaxınlaşan avtomobillərin təhlükəsizliyini təmin etmək məqsədi ilə görünməyən zonanı göstərən güzgü mövcud idi. Sürücülər həmin güzgü vasitəsi ilə baş yolda hərəkət edən nəqliyyat vasitələrini rahatlıqla görüb onlara yol verirdilər. Lakin bilinməyən səbəblərə görə həmin güzgü sonradan yolayrıcından götürüldü.
Güzgünün yerinə qaytarılması üçün sürücülərdən bir neçəsi Bakı Nəqliyyat Agentliyinə müraciət edib. Müraciətə müsbət cavab verilməsinə baxmayaraq güzgü hələ də əvvəlki yerinə qaytarılmayıb. Əksinə, yolun hərəkət hissəsinə süni maneə qoyaraq sürücülərin hərəkətinə çətinlik yaradıblar.
Bu isə qanunvericiliyə ziddir.

 

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh