Bakıda ağır qəza:Məktəblilər xəsarət aldı

Qəzalar 17 Yanvar 2020 11:00 Oxunub 848
Bakıda ağır qəza:Məktəblilər xəsarət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Daewo” markalı avtobusla orta məktəb şagirdlərini daşıyan “Mercedes” markalı mikroavtobus toqquşub

Bakıda sərnişin avtobusu qəzaya düşüb. 

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 

“Aişə” MMC-yə məxsus 107 saylı marşrut xətti üzrə hərəkət edən “Daewo” markalı avtobusla orta məktəb şagirdlərini daşıyan “Mercedes” markalı mikroavtobus toqquşub. 

Qəza zamanı “Mercedes”də olan, 322 saylı orta məktəbin şagirdləri - 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu, 2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı müxtəif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh