Bakı Metropoliteninin yeni stansiyası bu tarixdə istifadəyə veriləcək

Gündəm 17 Yanvar 2020 12:20 Oxunub 818
Bakı Metropoliteninin yeni stansiyası bu tarixdə istifadəyə veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
17 eskalatordan ibarət stansiya 3 səviyyədən (mərtəbədən) ibarət olacaq

Bakı Metropoliteninin tikilməkdə olan "B3" stansiyasında avadanlıqların quraşdırılmasına başlanıb.

Avtosfer.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyanın platformasında mərmər döşənməsinə başlanılıb:

"Tikintinin əsas mərhələsi başa çatıb. Yolun tikintisi tam yekunlaşıb. Artıq stansiyanın eskalatorları quraşdırılır. Bu mərhələ də başa çatmaq üzrədir. 17 eskalatordan ibarət stansiya 3 səviyyədən (mərtəbədən) ibarət olacaq. İşlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh