Sərnişin qatarla platformanın arasında qaldı: iki ayağı da amputasiya edildi - VİDEO

Avtosfer TV 17 Yanvar 2020 13:37 Oxunub 1173
Sərnişin qatarla platformanın arasında qaldı: iki ayağı da amputasiya edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı təhqiqatlara başlanılıb

Rusiyanın Amur əyalətində sərnişin qatarla platformanın arasında qalaraq ciddi xəsarətlər alıb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 16-da axşam saatlarında Şimanovsky dəmir yolu stansiyasında qeydə alınıb. Bu barədə “АСН24” portalı məlumat verib.

Məlumata görə, 35 yaşlı şəxs stansiyada irəliləyərkən çantası Blaqoveşensk – Tında marşrutu ilə hərəkət edən qatarının vaqonlarından birinə ilişib. Yerə yıxılaraq sürüklənən şəxs qatarla platformanın arasında qalıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun iki ayağı da baldır nahiyəsindən aşağı amputasiya edilib.

Faktla bağlı təhqiqatlara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh