“Priora” “UAZ”ın altına "girdi": 2 ölü, 7 yaralı - FOTO

Avtosfer Foto 17 Yanvar 2020 13:58 Oxunub 2683
“Priora” “UAZ”ın altına "girdi": 2 ölü, 7 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır

Rusiyanın Orenburq əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Orenburq – Kazan avtomagistralının 82-ci kilometrliyində, Oktyabr rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə əyalət üzrə DİN Mətbuat Xidməti məlumat verib.

Məlumata görə, “Lada Priora” markalı minik avtomobil, işçiləri daşıyan “UAZ” markalı maşınla toqquşub. Zərbənin təsirindən “Priora” “UAZ”ın altına "girib".

Nəticədə minik avtomobilinin sürücüsü ilə sərnişini hadisə yerində vəfat ediblər, daha 7 nəfər isə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh