Anım günü avtobusların da yolu dəyişdiriləcək

Gündəm 17 Yanvar 2020 14:30 Oxunub 546
Anım günü avtobusların da yolu dəyişdiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək

Xəbər verdiyimiz kimi, 20 yanvar faciəsinin 30-cu ildönümü günü keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək. 

 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh