Polis Yevlaxda maarifləndirmə tədbiri keçirib - FOTO

Gündəm 17 Yanvar 2020 14:40 Oxunub 2975
Polis Yevlaxda maarifləndirmə tədbiri keçirib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüşdə məktəbin pedoqoji heyəti, şagirdlər və valideynlər iştirak edib

DİN Mətbuat Xidmətinin Bərdə regional Avtosfer.az-a qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Yuxarı Qarxun kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib. Görüşdə məktəbin pedoqoji heyəti, şagirdlər və valideynlər iştirak edib.

Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ hallardan danışan rəis bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib.

Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon söşbəsinin rəisi, polkovnik-leytenant Elməddin Cəfərov dövlətimizdə dinin dövlətdən ayrı olduğunu və ölkəmizdə yaşayan hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığını, ancaq bu azadlıqlan sui-istifadə edənlərin olduğu barəsində məktəblilərə ətraflı məlumat verib. Bildirib ki, onları öz təsirlərinə salmaq üçün əsas hədəfləri bu mövzular barəsində o qədər də məlumatlı olmayan gənclərdir. Məhz buna görə də dövrümüzdə həssas olan bu mövzular barəsində şagirdləri diqqətli və məlumatlı olmağa çağırıb.

Sonda isə narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda şagirdlərin hazırladığı müxtəlif bədii kompozisiyalar nümayiş olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh