Zaqatalada iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Qəzalar 17 Yanvar 2020 18:30 Oxunub 936
Zaqatalada iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb. “Mercedes” markalı, 99 GD 901 dövlət nömrə nişanlı avtomobil “VAZ 2107” markalı maşınla toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh