Bakı metrosunda quraşdırılan generatorlar istismara hazırdır

Gündəm 17 Yanvar 2020 19:25 Oxunub 867
Bakı metrosunda quraşdırılan generatorlar istismara hazırdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
10 yarımstansiyada 17 dizel generatoru quraşdırılıb

Bakı metropolitenində yaradılan dizel stansiyaları artıq tam hazır vəziyyətdədir.

Avtosfer.az Oxu.Az-a istinadən  xəbər verir ki, “Bakı Metrpoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə məlumat verib.

Onun sözlərinə görə, metropolitenin alternativ enerji üçün yaratdığı dizel stansiyaları istismara tam hazır vəziyyətdədir və “Azərenerji” ASC-nin yarımstansiyalarında generatorlar artııq quraşdırılıb:

“10 yarımstansiyada 17 dizel generatoru quraşdırılıb. Artıq tam olaraq generatorlar istifadəyə hazırdır, xəttə qoşulub. Əgər metro stansiyalarına verilən yüksək gərginlikli elektrik enerjisi hansısa halda dayandırılarsa, generatorlar dərhal işə düşəcək və qatarlar sərnişinləri tam təhlükəsiz tuneldən çıxarılacaq”.

B.Məmmədov bildirib ki, hazırda stansiyalarda dizayn işləri görülür. Yaxın vaxtlarda, daha doğrusu, fevral ayında stansiyaların təqdimatı keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh