Yol polisi Bakının bu küçələrində sıxlığın qarşısını belə alır - VİDEO

Yol polisi 17 Yanvar 2020 22:07 Oxunub 1605
Yol polisi Bakının bu küçələrində sıxlığın qarşısını belə alır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazidə xidmət aparan polislər bildirdilər ki, bu cür nəzarət tədbirləri bundan sonra hər gün olacaq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəzarət tədbirlərini gücləndirib. Avtosfer.az-ın məlumatına görə, yol polisi əməkdaşları hərəkətin təşkilini normallaşdırmaq üçün "20 Yanvar", "Şamaxinka", 3-cü mikrorayon və "Memar Əcəmi" dairələrində naryadlar quraraq hərəkətə nəzarəti gücləndiriblər. Dayanacaqlar və yolun hərəkət hissəsini zəbt edən taksi sürücüləri ərazidən kənarlaşdırılır.
Həmçinin piyadaların yolu keçməsi, avtobusların dayanacağa rahat daxil olması, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi təmin olunub. Həmçinin İdarədə kameralara nəzarət edən polislər hansı yolda sıxlıq müşahidə olunsa, harada qanunsuz parklanma və ya hansısa problem yaransa dərhal ərazidə xidmət aparan əməkdaşlara məlumat verilir.
Qeyd edək ki, yol polisi həmin sürücüləri cərimə etmir. Onlara xəbərdarlıq etməklə yolda hərəkəti bərpa edir.
Ərazidə xidmət aparan polislər bildirdilər ki, bu cür nəzarət tədbirləri bundan sonra hər gün olacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Sevibc Seferova 17 Yanvar 2020 22:31
Men fexr üdiremki Azerbayvanlıyam ve bizim bucür nazirleimiz var generallarımız var Allahın izniyle onların sayesinde geceni tehlükesiz yatıb qalxırıq genc poloslerimizi DYP emekdaşlarlnı Alah qorusun Allah onları analarına bağıçlasın