Oğurluq “Range Rover”lə ləl-cəvahirat dükanına girib qarət etdilər – VİDEO

Avtosfer TV 18 Yanvar 2020 09:15 Oxunub 1434
Oğurluq “Range Rover”lə ləl-cəvahirat dükanına girib qarət etdilər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saxlanılan dəstə üzvlərindən birinə 10 il həbs cəzası verildi, digərləri isə axtarılır

İngiltərənin paytaxtı Londonda avtomobillə qızıl-zinət mağazasına girərək qarət edən dəstənin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az “Dailymail” portalına istinadən məlumat verir ki, insident ötən ilin oktyabr ayında Şepherds Buş rayonunda baş versə də, görüntülər məhz bu günlərdə yayımlanıb.

Kadrlarda, qızıl-zinət mağazasında qızğın alverin getdiyi və qəfildən dükanın iri şüşə qapısından içəri “Range Rover” markalı avtomobilin girdiyi görülür. Bundan sonra avtomobildən əlində çəkic, çanta olan üç nəfər düşərək piştaxtaya yaxınlaşır və şüşələri qıraraq qızıl, brilyant və digər dəyərli zinət əşyalarını yığır.   

Daha sonra qaçmaq istəyən dəstə üzvləri alıcıların müqaviməti ilə üzləşsələr də onlar hadisə yerindən qaçıblar. Ancaq soyğunçulardan biri, 34 yaşlı Ben Vegner müştərilər tərəfindən yaxalanaraq polisə təslim edilib. Polisin araşdırması nəticəsində “Range Rover” markalı avtomobilin oğurluq olduğu da müəyyən olunub. 2019-cu ilin dekabr ayında məhkəməyə çıxarılan Ben Vegner hakimin qərarı ilə 10 il həbs cəzası alıb.

Qrupun digər üzvləri isə hələ də axtarılır.

 

Namiq Musayev

 

  

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh