Gəncədəki "Niva" qəzasından DƏHŞƏTLİ MƏQAMLAR - VİDEO

Yazarlar 18 Yanvar 2020 12:02 Oxunub 18342
Gəncədəki "Niva" qəzasından DƏHŞƏTLİ MƏQAMLAR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu 16 yaşlı gənc bir ananı, atanı, bacını gözüyaşlı qoydu

Gəncə şəhərində Niva markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Hadisə Kəpəz TV-nin yaxınlığında, Eminbəyli küçəsində baş verib. Qəza nəticəsində sürücü, 16 yaşlı Şahin Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub. Maşında olan sərnişin 17 yaşlı Hüseyn Yunisli ağır yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Son zamanlar gənclərin sevimli avtomobilinə çevrilən “Niva” ölümlə nəticələnən qəzalarla da yadda qalıb. Bir neçə ay əvvəl qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov da məhz “Niva” qəzasında dünyasını dəyişmişdi.

İndi isə Gəncədəki hadisədə 16 yaşlı gəncin həyatını itirməsi, 17 yaşlı digərinin ağır xəsarət alması üzücüdür.

Təbii ki, 16 yaşlı şəxsin sürücülük vəsiqəsi olmur. Yəni avtomobili qanunsuz idarə edib. Hadisənin əsl mahiyyətini bilmədiyimiz üçün valideynləri ittiham etmək istəmirik. Amma bu yaşda gəncə avtomobil almaq, yaxud idarə etməsinə icazə vermək onu birbaşa ölümə göndərməkdir. Övladımıza olan hədsiz sevgimiz onun ölümünə də səbəb ola bilir. Digər tərəfdən gənclərin qanı qaynayır, avtomobil idarə etmək istəyirlər. Hətta Gəncə hadisəsində sürücü döngədə əl əyləcini (ruçnoy) çəkərək dönmək istəyərkən qəza törədir.

Təbii ki, bütün bunlar yolverilməzdir. Bəzən bir neçə dəqiqəlik adrenalin eşqi bizi ümumiyyətlə həyatla vidalaşmağa apara bilər. Yəqin ki. Valideynlər də bu hadisədən bir da nəticə çıxararaq azyaşlı övladlarına avtomobil idarə etməyi qadağa edər. Çünki bu 16 yaşlı gənc bir ananı, atanı, bacını gözüyaşlı qoydu. İllər keçsə belə həmin acı unudulmayacaq. Sonda Avtosfer.az adından vəfat edən gəncin valideynlərinə səbr, yaralıya isə şəfa diləyirik.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh