Tanınmış aktyor: Polis məni övladımın yanında utandırmadı - FOTO

Gündəm 18 Yanvar 2020 13:55 Oxunub 990
Tanınmış aktyor:                                        Polis məni övladımın yanında utandırmadı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ayfon 11” markalı telefon ötən il dekabrın 13-də Nərimanov ərazisində avtobusda oğurlanıb

Rəşad Nuri: “Mən Azərbaycan Polisindən razıyam. Çünki o, məni övladımın yanında utandırmadı. Qızıma demişdim ki, sənin oğurlanmış telefonunu polislər mütləq tapacaqlar. Polisin peşəkarlığı nəticəsində telefon tapıldı və bizə qaytarıldı.
Avtosfer.az xəbər verir ki, bu fikirləri “Xüsusi təyinatlı İbad” filmindən yaxşı tanıdığımız, “Məhbuslar”, “Tələ” seriallarının baş produseri-rejissor, aktyor Rəşad Nuri bildirib. O qeyd edib ki, qızına hədiyyə aldığı “Ayfon 11” markalı telefon ötən il dekabrın 13-də Nərimanov ərazisində avtobusda oğurlanıb. Bununla bağlı “102” Xidməti Zəng Mərkəzinə məlumat veriblər. Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırma başlanıb. Aparılan əməliyyat-axtarış tədbirəri nəticəsində telefonu oğurlayan şəxs müəyyən edilib.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh