Bakı-Qazax yolunda faciə: Sürücü sükan arxasında öldü

Gündəm 18 Yanvar 2020 14:15 Oxunub 707
Bakı-Qazax yolunda faciə:                                                  Sürücü sükan arxasında öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təcili tibbi yardım briqadası əraziyə çatana qədər sürücü sükan arxasında dünyasını dəyişib

Hacıqabulda sürücü sükan arxasında ölüb. 

Hadisə Bakı-Qazax yolunun 155-ci kilometrliyində baş verib. 

Rusiya Federasiyası vətəndaşı olan azərbaycanlı 1965-ci il təvəllüdlü Nasirov Elçin Şiralı oğlu idarə etdiyi “Mercedes" markalı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edib. O, avtomobili yolun kənarına çəkərək saxlayıb, yolda xidmət edən yol polisinə müraciət edib. 

E.Nasirovun halının pis olduğunu görən yol polisi dərhal əraziyə təcili tibbi yardım briqadası çağırıb. Təcili tibbi yardım briqadası əraziyə çatana qədər sürücü sükan arxasında dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh