“Qırmızı”dan keçən “BMW X6” “Toyota”ya çırpılıb 15 metr sürüklədi - VİDEO

Avtosfer TV 18 Yanvar 2020 15:19 Oxunub 1755
“Qırmızı”dan keçən “BMW X6” “Toyota”ya çırpılıb 15 metr sürüklədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə 4 qadından biri öldü, 3-ü isə ağır yaralandı

Rusiyanın Tomsk şəhərində sərxoş sürücünün “qırmızı”dan keçərək ağır yol qəzası törətmə görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, gecə saatlarında Komsomol və Frunze prospektinin kəsişməsində qeydə alınıb.

Kadrlarda, 39 yaşlı sürücü yüksək sürətlə idarə etdiyi  “BMW X6” markalı minik avtomobillə, svetoforun qırmızı işığının yanmasına məhəl qoymadığı və sükan arxasında 23 yaşlı qadının olduğu “Toyota Corolla” markalı avtomobilə yan tərəfdən çırpıldığı görülür. Zərbənin şiddətindən “BMW” “Toyota”nı 15 metrəyə yaxın sürükləyir.  

Yerli KİV-in məlumatına görə, nəticədə “Toyota”nın sürücüsü hadisə yerində dünyasını dəyişib, salonda olan daha 3 qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Qəzaya səbəb olan “X6”nın sahibi isə keçirildiyi müayinə zamanı sərxoş olduğu müəyyən olunub.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh