“06” ilə “07” toqquşdu: 3 ölü, 4 yaralı - FOTO

Qəzalar 18 Yanvar 2020 16:34 Oxunub 1167
“06” ilə “07” toqquşdu: 3 ölü, 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Krasnodar əyalətində iki “VAZ”ın iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 18-də səhər saatlarında Ust-Labinsk rayonu ərazisindən keçən avtomagistralda qeydə alınıb. Bu barədə əyalət üzrə DİN Mətbuat Xidməti məlumat verib.

Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü idarə etdiyi “VAZ-2106” markalı minik avtomobillə, yolun buzlu, sürüşkən olması səbəbindən sükan idarəetməsini itirib və əks zolağa çıxaraq qarşıdan gələn “VAZ-2107” ilə toqquşub.

Zərbənin şiddətindən nəqliyyat vasitələri deformasiyaya uğrayıb.

Nəticədə hər iki sürücü və “07” sərnişini hadisə yerində vəfat edib, daha 4 nəfər isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh