Sumqayıtda "avtoş"luq edən sürücü məhkəməyə aparıldı - VİDEO

Qaydalar 18 Yanvar 2020 21:06 Oxunub 2361
Sumqayıtda "avtoş"luq edən  sürücü məhkəməyə aparıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə tərəfindən sürücüyə 500 manat cərimə yazılıb

Sumqayıt şəhərində yol hərəkəti qaydasını pozaraq avtoşou göstərən sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtosfer.az xəbər verir ki, sürücü müxtəlif vaxtlarda etdiyi avtoxuliqanlığa görə barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Sürücünün 500 manat məbləğində cərimə edilməsi ilə bağlı məhkəmə tərəfindən qərar verilib.

Qeyd edək ki, 90-DN-104 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobilin sürücüsü yanvarın 12-i Sumqayıt şəhəri Sülh küçəsində yüksək sürətlə hərəkət edib. O, həmin vaxt avtomobillərin hərəkəti üçün nəzərdə tutulmayan təhlükəsizlik adacığında hərəkət edərək digər sürücülərə təhlükəli vəziyyət yaradıb. Sürücü yolayrıcında 4.1.4 düzünə və sağa məcburedici nişanı olan yerdən sola dönərək hərəkətinə davam edib.

 

Dekabrın 27-də həmin sürücü qeyd etdiyimiz avtomobillə hərəkət etdiyi küçədə ziqzaqvarı hərəkətlər edərək avtoşou göstərib.
Sürücü avtomobilin konstruksiyasına da əlavələr edərək qabağını qaldırıb, arxasını isə aşağı salaraq normativ tələbləri pozub.

Təbriz

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh