Körpüdən alt yola düşən avtomobil əzik-əzik oldu: 2 nəfər hadisə yerində öldü - FOTO

Qəzalar 19 Yanvar 2020 12:00 Oxunub 1521
Körpüdən alt yola düşən avtomobil əzik-əzik oldu: 2 nəfər hadisə yerində öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis faktla bağlı araşdırmalara başlayıb

Türkiyənin Bolu vilayətində minik avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə yanvarın 19-da gecə saatlarında Kuruçay məhəlləsi ərazisindən keçən D-100 avtomagistralında qeydə alınıb.

Məlumata görə, Ankara istiqamətində hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq 4 metr hündürlükdə olan körpüdən uçaraq əvvəlcə divara çırpılıb, sonra isə alt yola düşüb. Zərbənin şiddətində nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Nəticədə sürücü və onun sərnişini hadisə yerində vəfat ediblər.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh