Hərəkətdə olan yük maşının sürücüsü sükan arxasında öldü: Dayanacağa çırpıldı - VİDEO

Avtosfer TV 19 Yanvar 2020 12:15 Oxunub 2172
Hərəkətdə olan yük maşının sürücüsü sükan arxasında öldü: Dayanacağa çırpıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Krasnodar əyalətində sürücünün sükan arxasında vəfat etməsi nəticəsində idarəsiz qalan yük maşını ictimai nəqliyyatın dayanacağına çırpılıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident gecə saatlarında Krım şəhərində baş verib.

Məlumata görə, hərəkətdə olan buğda yüklü “Kamaz”ın sürücüsü sükan arxasında ürək tutmasından dünyasını dəyişib. Bundan sonra idarəetmədən çıxan yük maşını ictimai nəqliyyatın dayanacağına çırpılıb. Xoşbəxtlikdən hadisə zamanı dayanacaqda heç kim olmayıb. Dünyasını dəyişən 45 yaşlı sürücü xilasedicilər tərəfindən kabinədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh