Dəmir yolları Xoşbəxt Yusifzadəni 60 ildən sonra arzusuna çatdırdı - VİDEO

Gündəm 19 Yanvar 2020 13:01 Oxunub 3215
Dəmir yolları Xoşbəxt Yusifzadəni 60 ildən sonra arzusuna çatdırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görkəmli alim qatarla doğma kəndinə gəldi

Görkəmli alim, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə 90 illik yubileyi ilə əlaqədar dövlət başçısı və rəsmilərin iştirakı ilə keçirilən mərasimdə doğulub böyüdüyü Pirşağı qəsəbəsi barədə danışmışdı. Bildirmişdi ki, hələ 60 il əvvəl Pirşağıda qatar çəkilməsi barəsində müraciət edibmiş. Lakin bunun reallaşması bu gün Prezident İlham Əliyevin sayəsində mümkün olub. Avtosfer.az xəbər verir ki, Azərbaycan Dövlət Dəmir Yolları görkəmli alimi arzusuna çatdırıb. Sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi Xoşbəxt Yusifzadə 60 ildən sonra qatarla doğma Pirşağı kəndinə gəlib. Videonu təqdim edirik:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh