Henri Lilandın ilk yaratdığı avtomobil nələrə qadir olub? - FOTO

Maraqlı 19 Yanvar 2020 16:30 Oxunub 2093
Henri Lilandın ilk yaratdığı avtomobil nələrə qadir olub?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cadillac CTS - markanın cari istiqamətinə tam uyğun və yaxşı satılan bir avtomobilidir

Cadillac (kadɨlak) - General Motors şirkətinə məxsus ABŞ-ın lüks avtomobil istehsalçısıdır. "Cadillac" avtomobilləri, əsasən Şimali Amerikada, 50-dən çox ölkədə və ərazidə satılır. Cadillac, 1902-ci ildə quruldu, onun təsisçisi, baş mexanik və təşəbbüskar Henri Liland(Henry Leland), şirkətə Detroytun qurucusu - Antuan de Lamot-Kadillakın(Antoine de Lamot-Cadillac) adını verdi.

1909-cu ildən etibarən "Cadillac" avtomobil markası "General Motors"a məxsusdur. Bundan 6 il əvvəl "Cadillac", dəqiq hissələrinin tam bir-birini əvəzlədiyini nümayiş etdirən və özünü ən yüksək səviyyəli Amerika avtomobillərinin ilk markası kimi tanıdan müasir avtomobillərin kütləvi istehsalının əsasını qoymuşdur. "Cadillac", bir çox avtomobil ehtiyat hissələri, o cümlədən tam elektrik sistemi, zərbəsiz əl sürət qutusu və polad damı hazırlamışdır. "Cadillac" markası adı altında üç mühərrik hazırlanmışdır ki, onlardan biri (V8 mühərriki) Amerika avtomobil sənayesi üçün standartı təyin etdi. Bunun nəticəsidir ki, Cadillac Böyük Britaniyanın Kral Avtomobil Klubunda nüfuzlu Dyuar Trofi(Dewar Trophy) yarışında qalib gələn və "Bütün dünya üçün standart" şüarını irəli sürən ilk Amerika avtomobili oldu.

Hal-hazırda "Cadillac" - "Buick"dən sonra Amerikanın 2-ci ən yaşlı avtomobil istehsalçısıdır və dünyanın ən qədim avtomobil markalarından biridir. Qiymətləndirmə meyarlarından asılı olaraq, "Cadillac" "Buick"dən daha yaşlı ola bilər; lakin Oldsmobile ləğv edildikdən sonra Buick tez-tez ABŞ-da ən köhnə qalan istehsalçı adlanır. Məhsullarının əksəriyyəti ABŞ və Kanadada satılır. Hal-hazırda Cadillac, ABŞ-ın Müstəqillik Bəyannaməsində qeyd olunan ayrılmaz hüquqları ilə əlaqədar olaraq "Həyat, Azadlıq və İstək" şüarından istifadə edir.

TARİXİ

"Cadillac"ın qurucuları - dəqiq maşın mühəndisi Henri Liland(Henry Leland) və sahibkar Uilyam Merfidir(William Murphy). H.Liland, Vətəndaş müharibəsi illərində Sprinqfildəki silah arsenalında mexanik olaraq çalışıdı. Sonra "Browne & Sharpe" zavodunda mexanik-konstruktor oldu. Zavod Detroyt şəhərinə köçdükdən sonra bu sahibkar metalın tökmə və ştamplaması ilə məşğul olan və avtomobil mühərrikləri və şassi elementləri istehsal edən "Liland və Folkner"(Leland and Faulconer) şirkətini qurdu.

"Cadillac", "Detroit Avtomobil Şirkəti"nin dağıntıları üzərində quruldu, hansı ki, H.Ford və bir neçə əsas tərəfdaşı 1902-ci ildə tərk etdikdən sonra iflas etdi və ləğv edildi. Firmanın aktivlərini ləğv etmək üçün, Fordun maliyyə tərəfdarları U.Merfi və Lumyuel Bouen(Lemuel Bowen), mühəndis Henri M. Liland və "Leland & Faulkner" istehsal firmasına zavodun və avadanlığın satışdan əvvəl qiymətləndirilməsi üçün müraciət etdilər. Bunun əvəzinə, Liland onları Lelandın tək silindrli mühərrikindən istifadə edərək avtomobil biznesini davam etdirməyə inandırdı.

Fordun getməsi ilə şirkətin adını dəyişdirmək lazım gəldi və 22 avqust 1902-ci ildə şirkət fransız tədqiqatçısı və XVII əsr müstəmləkəçi idarəçisi Antoine Lome de La Mot-Cadillac-ın(1701-ci ildə Detroit qurub) şərəfinə "Cadillac Motor Car Company" olaraq dəyişdirildi.

AVTOMOBİL SƏNAYESİNƏ SƏRMAYƏ QOYULUŞU

Yarandığının ən erkən illərindən etibarən "Cadillac" dəqiq mühəndislik və zərif, dəbdəbəli işlər görməyə səy göstərdi ki, maşınları ABŞ-da ən yaxşısı ilə müqayisə edilsin. 1908-ci ildə dəyişdirilə bilən hissələrin istifadəsi vacib bir yenilik idi. Cadillac, 1910-cu ildə seriyalı olaraq tam qapalı bir taksi avtomobilini istehsal edən ilk istehsalçı oldu, 1912-ci ildə isə starter, işəsalma və işıqlandırma da daxil olmaqla tək bir elektrik sisteminin istifadəsində pioner oldu. 1928-ci ildə Cadillac, davamlı dişli çarxların ilişməsindən istifadə edərək ilk səssiz sinxronizasiya edilmiş mexaniki ötürücü qutunu təqdim etdi.

İlk avtomobil kondisioneri də Kadillaka quraşdırılmışdır, soyutma gücü 370 vatt olan və 1930-cu ildə "C&C Kelvinator Co" tərəfindən hazırlanmışdır.

GÖVDƏNİN DİZAYNI

1927-ci ildə Kadillak hazırladığı bir dizayn təqdim etdi(konstruktorlar tərəfindən hazırlananlardan fərqli olaraq). 1926-cı ildən etibarən zərbəyə davamlı triplex quraşdırılmağa başlandı. Cadillac, eyni zamanda sərnişin avtomobilindəki ilk bütün polad damı təqdim etdi. Əvvəllər avtomobil damları ağacdan hazırlanırdı.

1948-ci ildə gövdə qanadları "üzgəc" bəzək örtükləri ilə tamamlandı. 1957-ci ildə Eldorado Bruem-də müxtəlif sürücülər üçün oturacaq yer parametrlərini yadda saxlamağı və xatırlamağı mümkün edən "yaddaş kreslosu"(memory seat) funksiyası təklif edildi. 1964-cü ildə "iqlim nəzarəti"(climate control) ilə dəstəklənən sürücünün istədiyi istiliyi təyin etməsinə imkan verən ilk tam avtomatlaşdırılmış istilik/kondisioner sistemi təqdim edildi. 1960-cı illərin sonlarından bəri Cadillac, elektrik lampasının imtinası barədə sürücünü xəbərdar etməsi üçün fiber-optik xəbərdarlıq sistemi təklif etdi. Sürücü üçün təhlükəsizlik yastıqları 1974-cü ildən 1976-cı ilədək bəzi Cadillac modellərində quraşdırılmışdır.

BÖYÜK DEPRESSİYA

1932-ci ildə, Cadillac rekord dərəcədə az satışdan və qara dərili müştərilərə qarşı ayrıseçkilik iddialarından əziyyət çəkdikdən sonra, Alfred Sloan - Cadillac xəttinin bitməsini yenidən baxmaq üçün bir komitə qurdu. İdarə heyətinin üzvlərinin taleyüklü iclasında, Cadillac prezidenti Nikolas Dreystadt(Nicholas Dreistadt), əfsanəvi boksçu Co Luinin(Joe Louis) qara dərili olduğu üçün avtomobil almaq üçün şirkət nümayəndəliyinə girə bilmədiyini və avtomobil almağa kömək etməsi üçün ağ dərili dostuna müraciət etdiyini eşitdi. Dreyistadt, satışın artırılması üçün qara dərili istehlakçıların hüquqlarını müdafiə edərək GM-in direktorlar şurası qarşısında on dəqiqəlik nitq söylədi. İdarə heyəti, nəticə əldə etmək üçün Dreystadta 18 aylıq müddət verməyə razı oldu. Cadillac, GM-nin bir hissəsi olmaqla, Böyük Depressiyanı yaşaya bildi. 1940-cı ilə qədər "Cadillac"ın satışları 1934-cü ilə nisbətən on qat artdı.

1934-cü ildə konveyer texnologiyasında inqilab baş verdi. Henri F.Filips (Henry F. Phillips), xaç kəsimli "Phillips vintini" və tornavidasını(отвёртка) bazara təqdim etdi. O, General Motors ilə danışıqlara girdi və Cadillac qrupunu yeni vintlərinin yığım müddətini sürətləndirəcəyinə və bununla da qazancını artıracağına inandırdı. Cadillac, 1940-cı ildə geniş yayılmış Phillips texnologiyasından istifadə edən ilk avtomobil istehsalçısıdır. 1941-ci ildə uzun illər ərzində ilk dəfə olaraq şirkət tərəfindən quraşdırılmış bütün avtomobillər bir əsas mühərrik və ötürücü ilə təchiz edilmişdir.

1938-ci ildə 24 yaşlı Bil Mitçel(Bill Mitchell) yeni Cadillac 60 Special-ı hazırladı. Avtomobil, sadə idarəetmə və rahatlığı, sahibinin peşəkar sürücünün köməyi olmadan idarə etməsinə imkan verən sağlam görünüş ilə birləşdirdi. Bu model növbəti onilliyin dizayn istiqamətlərini müəyyənləşdirdi.

1941-ci ildə Cadillac ilk dəfə olaraq avtomatik hidravlik ötürücü, kondisioner sistemi və arxa sol işıq siqnalının arxasında gizlənən yanacaq çəni qapağını təqdim etdi. 1942-ci ilin fevral ayında şirkət mülki modellərin istehsalını tamamilə dayandırdı və cəbhəyə kömək etmək üçün bütün qüvvəsini atdı. 55 gündən sonra ilk M5 Stuart tankı Detroytdakı Clark Avenue zavodunun konveyerini tərk etdi. Detroyt və Miçiqandakı Cadillac zavodlarında cəmi 1470 tank istehsal edildi. Müharibə illərində özüyeriyən lülə, M24 (1944) yüngül tankları və Allison V12 təyyarə mühərriki üçün hissələrin istehsalı da quruldu. Hətta general Duqlas MakArtur(Duglas MacArthur) Cadillac Series 75 avtomobilini xidməti avtomobil kimi istifadə etdi.

MÜHARİBƏDƏN SONRAKI İLLƏR

GM-nin baş dizayneri Harli C. Erl(Harley J. Earl), xarici və daxili hissələrdə bir çox yeni dizayn elementlərini, məsələn, üzgəclər, panoramalı ön şüşəsi, cilalanmış metal elementləri (paslanmayan polad və xrom) təqdim etdi, (1940-cı illərin sonu və 1950-ci illərdə) klassik Amerika avtomobilinin xarakterik xüsusiyyətlərinə çevrildi. Həmin illərdə yaradılan Motor Trend avtomobil jurnalı ilk mükafatını "İlin avtomobili" 1949-cu ildə Cadillac-a verdi, lakin şirkət bundan imtina etdi. 25 noyabr 1949-cu ildə şirkət 1950-ci ilin Coupe de Ville milyonuncu avtomobilini istehsal etdi. Avtomobillərin illik istehsalında da rekord göstərildi; 1950 və 1951-ci illərdə təkrarlanan 100 mindən çox istehsal edildi. Cadillac avtomobillərindəki ilk üzgəclər(ing.tailfins) 1948-ci ildə P-38 Lightning əkiz şüa qırıcısının təsiri altında ortaya çıxdı.

1960 – CI İLLƏR

1960-cı ildən 1964-cü ilə qədər üzgəclər hər il ölçüsünə görə azaldı və 1965-ci model ilindən başlayaraq tamamilə yox oldu(1964-cü ildən bəri qoruyub saxlayan 1965-ci il 75 seriyası istisna olmaqla). 1959-cu ildən sonra dizayndakı cilalanmış metal elementlərin bolluğu da hər il azaldı və 1966-cı model ilindən, hətta arxa bamperlər tamamilə xrom örtüklü olmağı dayandırdı və qismən rənglənməyə başlandı, fənərləri quraşdırmaq üçün deşiklər edilməsi kimi.

1966-cı ildə Cadillac 190000 ədəd illik satışları ilə rekord qurdu. (bunlardan 142190 ədədi - de Villes), bu da 60% artım təşkil etmişdir. Bu rekord 1968-ci ildə, Cadillac ilk dəfə 200000 ədəd satış markasına çatanda üstələdi.

1970 – Cİ İLLƏR

Cadillac 1972-ci ildə 70 illik yubileyini çox sayda dizayn yeniliyi ilə qeyd etdi. 1973-cü ilin iyul ayında beş milyonuncu Cadillac buraxıldı. İllik istehsal 300 mindən çox avtomobil təşkil edirdi. Avtomobillərin konstruksiyası da inkişaf etdirildi və təkmilləşdirildi - 1974, 1975 və 1976-cı illərin modellərində zərbə enerjisini udan və təhlükəsizlik hava yastığı gövdənin sökülən zonasına tətbiq olundu.

1980 – Cİ İLLƏR

Tamamilə yenilənən 1980-ci il Seville modeli, digər amerikan avtomobillərindən fərqli olaraq kəskin kənarları və möhtəşəm dizaynı ilə seçilmişdir. İlk dəfə olaraq Seville "Eldorado" ilə eyni şassi üzərində quruldu.

Con O. Qrettenberqer(John O. Grettenberger), 10 yanvar 1984-cü ildə "Cadillac" a rəhbərlik etdi. O, hamısından ən uzun müddət şirkətə rəhbərlik edib - 13 il.

İki qapılı 1987-ci ilin "Allante" modeli bir çox cəhətdən bənzərsiz bir avtomobil oldu. Gövdəsi italyan şirkəti Pininfarina (Turin, İtaliya) tərəfindən hazırlanmış və istehsal edilmişdir. İlk dəfə bu modeldə Traction Control sistemi və Northstar mühərriki də daxil olmaqla bir çox Cadillac texniki yeniliyi tətbiq olundu.

1990 – CI İLLƏR

1990-cı ildə şirkət Malcolm Baldrige National Quality Award mükafatına layiq görüldü. Cadillac, Baldrige milli mükafatını alan ilk avtomobil şirkəti idi və 1997-ci ilə qədər belə bir mükafat alan yeganə avtomobil istehsalçısı olaraq qaldı.

1992-ci ildə əhəmiyyətli dəyişikliklər baş verdikdə Eldorado və Seville dünya miqyasında tanındı. Digər mükafatlarla yanaşı Seville - Motor Trend jurnalının "İlin avtomobili" mükafatını aldı. Bir il sonra Seville - Northstar motorunu alaraq daha bir pillə qalxdı. Qəbul edilmiş lider, Northstar sistemi sürücülərə sürücülük qabiliyyəti, idarəetmə və etibarlılıq səviyyəsini təmin edir.

1997-ci ildə Seville STS, Eldorado Touring Coupe və DeVille Concours modellərində eksklüziv StabiliTrack təhlükəsizlik sistemi nümayiş olundu. Bununla yanaşı, Cadillac DeVille avtomobilinin dizaynını dəyişdirərək yeni bir modifikasiya - d’Elegance təqdim edir. Cadillac-ın bu yeniliyi, müasir texniki avadanlıq və yüksək səviyyədə rahatlığı ilə xüsusi bir Amerika gözəlliyini birləşdirdi. Bütün DeVille avtomobillərində yan təhlükəsizlik yastıqları var. Cadillac Catera - ən yüksək sinifli ən kiçik model, 1997-ci ildə də buraxıldı.

2000 – Cİ İLLƏR

2001-ci ilin yekunlarına görə Catera yeni kiçik CTS sedanını əvəz etdi. Bu "kompakt" idman sedan modelinin 2002-ci il təqdimatı Frankfurt-na-Mayne avtosalonunda baş tutdu. Özünün arxa ötürücülü Sigma platformasında tam hüquqlu kompakt Cadillac CTS - markanın cari istiqamətinə tam uyğun və yaxşı satılan bir avtomobilidir.

2018-ci ildə, Cadillac müharibədən sonrakı tarixdə ilk dəfə Amerika bazarındakı ən populyar milli premium markası olmağı dayandırdı - onu Tesla keçdi.

Tərcümə etdi: Avto Klub Azərbaycanın təsisçi və baş administratoru Natiq Nazimoğlu

Gəncə şəhəri, 2020-ci il

https://www.facebook.com/groups/autoclub/

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh