Renault avtomobilləri hazırda hansı ölkələrə göndərilir? - FOTO

Maraqlı 19 Yanvar 2020 16:45 Oxunub 2240
Renault avtomobilləri hazırda hansı ölkələrə göndərilir?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tyerri Bollore(Thierry Bollore) müvəqqəti baş direktor oldu

Renault Group (az. Reno) - fransız avtomobil konsernidir. Konsernin baş ofisi Paris yaxınlığında Bulon-Biyankure(Boulogne-Billancourt) şəhərində yerləşir. Renault avtomobilləri hazırda yüzdən çox ölkəyə göndərilir.

TARİXİ

1898 - Lui, Marsel və Fernan Reno qardaşları Société Renault Frères şirkətinin əsasını qoyurlar. Dekabrın 24-də şirkət, özünün birinci, dünyanın ilk birbaşa yüksək ötürücü qutusu olan Renault Voiturette 1CV avtomobilini buraxdı.

1899 - Société Renault Frères tərəfindən arxa təkərlərə birbaşa ötürücülü(bort zəncirlər olmadan) dünyanın ilk klassik quraşdırmalı avtomobili buraxıldı.

1902 - Lui Reno, sıxıcı kompressor üçün patent almaq üçün müraciət etdi (daha sonra turboüfürücü kimi tanındı).

1903 - Marsel Reno avtomobil qəzasında ölür.

1904 - Lui Reno, dünyada ilk alışdırma şamlarının konstruksiyasını patentləşdirdi.

1905 - Lui Reno, dünyada ilk sıxılmış hava starterini yaradır.

1908 - Fernan Reno, Luiyə şirkətdəki payını satdı.

1917 - Lui Reno, klassik quruluşlu ilk tankını - Renault FT-ni yaradır.

1922 - Dünyadakı ilk əyləc gücləndirici Renault 40CV-yə tətbiq olunur.

1932 - Autorail VH bölməsi dünyanın ilk dizel avtomotrisini (motorlu d/y vaqonu) buraxır.

1935 - Renault, müharibələr arası dövrün ən uğurlu fransız tankını - Renault R35-i buraxdı.

1944 - Lui Reno, II dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq ittihamı ilə həbs edildikdən sonra həbsxanada vəfat edir. Ölümündən üç ay sonra Fransa hökuməti şirkəti milliləşdirdi.

1948 - Citroen 2CV, Fiat 600 və Volkswagen 1200-ün rəqibi olan arxa mühərrikli, azlitrajlı Renault 4CV satışa çıxarıldı.

1965 - Renault dünyanın ilk hetçbekini - Renault 16-nın (1966-cı ildə Avropadakı maşını) istehsalına başladı.

1979 - Amerika avtomobil bazarına girmək üçün Renault, American Motors (AMC) şirkətinin 22.5% səhmini alır.

1983 - ABŞ-da lisenziyalı Renault Alliance modelinin (Renault 9) istehsalı başladı.

1985 - ilk Avropa miniveni olan Renault Espace-in buraxılışının başlaması.

1987 – Renault, AMC-dəki payını Chrysler-ə satdı.

1990 - Renault 5 əvəzinə, rəqəmsal adı olmayan ilk model olan Renault Clio 1991-ci ildə(I nəsil) və 2006-cı ildə (III nəsil) Avropada istehsal olunmağa başlayır. Clio indiyədək buraxılır(V nəsil).

1996 - Şirkət yenidən özəlləşdirildi və indi Renault S.A. adlanır.

1999 - Renault, Rumıniyanın Dacia şirkətinin səhmlərinin 99% -ni alır, eyni zamanda səhmlərinin 15% qarşılığında Nissan-ın 36,8% -ni alır. Renault-un vitse-prezidenti Karlos Qon Nissan-a yerdəyişmə edildi, bunun nəticəsində iflas ərəfəsində olan Yaponiya şirkəti ağır böhrandan çıxarıldı.

2001 - Renault yük maşınları üzrə istehsal bölməsini (Renault Véhicules Industriels) Volvo şirkətinə satdı.

2002 - Benetton Renault Formula-1 komandası rəsmi olaraq Renault F1 adını alır, 2005 və 2006-cı illərdə bu komanda həm fərdi, həm də konstruktorlar kubokunda çempionluq qazanır. Renault, Nissan-dakı payını artırır.

2005 - Karlos Qon şirkətin prezidenti oldu.

2008 - Renault, AvtoVAZ ASC-dəki (25%) blok payını aldı.

2011 - Renault bir sıra elektromobillərini istifadəyə verdi: Fluence Z.E, Kangoo Z.E, Twizy və ZOE.

2012 - Renault-Nissan, şirkətin səhmlərinin 67,13% paketini satın alaraq, AvtoVAZ-a nəzarət etmək üçün müqavilə bağlayır.

2015 - Milyonuncu avtomobil, Moskvadakı Renault zavodunun konveyerindən çıxdı.

SAHİBLİK VƏ RƏHBƏRLİK

Şirkətin ən böyük səhmdarları - Fransa hökuməti (15.01%) və Nissan (15%). Direktorlar Şurasının sədri - Lui Şveytser(Louis Schweizer), baş direktor və prezident - Karlos Qondur((Carlos Ghosn) 2019-cu ilə qədər).

24 yanvar 2019-cu ildə Renault idarə heyəti Jan-Domonik Senardın(Jean-Dominic Senar) korporasiyanın prezidenti təyin edilməsi barədə qərar qəbul etdi.

24 yanvar 2019-cu ildə, şuranın qərarına əsasən, əvvəllər Renault şirkətinin prezident və baş direktoru müavini olmuş Tyerri Bollore(Thierry Bollore) müvəqqəti baş direktor oldu.

13 fevral 2019-cu ildə Fransanın Renault şirkəti, özünün baş direktoru Tyerri Bollore-nin Renault-Nissan BV holdinq şirkətinin sədri vəzifəsinə təyin olunduğunu elan etdi.

Tərcümə etdi: Avto Klub Azərbaycanın baş administratoru Natiq Nazimoğlu

Gəncə şəhəri, 2019-cu il

https://www.facebook.com/groups/autoclub/

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh