Sərxoş sürücü “Niva”nı yaşayış evinə çırpdı - VİDEO

Avtosfer TV 19 Yanvar 2020 18:15 Oxunub 1678
Sərxoş sürücü “Niva”nı yaşayış evinə çırpdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü bədəninin müxtəlif yerlərindən xəsarətlər alıb

Rusiyanın Krasnodar əyalətində avtomobilin yaşayış evinə çırpılma görüntüləri bir nəqliyyat vasitəsinin registratoruna düşüb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisənin videosu sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin yol kəsişməsində düz irəlilədiyi və hasarı aşıraraq yaşayış evinin divarına çırpıldığı görülür.

Bildirilir ki, nəticədə sürücü bədəninin müxtəlif yerlərindən xəsarətlər alıb.

Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Aparılan araşdırma zamanı onun sərxoş olduğu müəyyən olunub.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh