20 Yanvar hadisələrinin 30-cu ildönümü - Şəhidlər Xiyabanında hazırlıq işləri başa çatıb - VİDEO

Gündəm 19 Yanvar 2020 22:30 Oxunub 1192
20 Yanvar hadisələrinin 30-cu ildönümü - Şəhidlər Xiyabanında hazırlıq işləri başa çatıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabah Şəhidlər Xiyabanına insanların kütləvi ziyarəti ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Şəhidlər Xiyabanında 20 yanvar hadisələrinin növbəti ildönümü ilə bağlı hazırlıqlar başa çatıb. Xiyabanda hər tərəf şəhidlərin ruhuna hörmət əlaməti olaraq qırmızı qərənfillərlə bəzədilib. Artıq bu gündən minlərlə insan xiyabana axın etməyə başlayıb. Sabah Şəhidlər Xiyabanına insanların kütləvi ziyarəti ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Bununla bağlı yol polisi sürücülərə xəbərdarlıq edib.

Onlar vətən uğrunda canlarını fəda etdilər.Düşmən qarşısına əliyalın çıxsalar da, qəlblərindəki cəsarət hücuma sinə gərməyə kifayət etdi.Mərdlikləri xalqı azadlığa, onları isə şəhidlik zirvəsinə ucaltdı.

20 Yanvar faciəsi tək insanların yox, qərənfilin taleyini də dəyişdi. Bu boynu bükük qırmızı qərənfillər düz 30 ildir ki, hər il Şəhidlər xiyabanını bəzəyir. Xiyabanın girişindən başlayaraq şəhidlərin məzarlarına qədər qərənfillər düzülüb. Xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz güşəli ulduzlar vurulub.

Əraziyə güllərdən xalça döşənib. Pilləkənlərdə ağ və qırmızı qərənfillərlə "20 Yanvar" sözü yazılıb. Anım gününə 1 gün qalsa da, uşaqdan böyüyə xeyli insan şəhidləri ziyarət edir. İnsanlar azadlıq carçılarını ziyarət etməyi vətəndaşlıq borcu hesab edirlər.

Sabah səhər saat 8-dən başlayaraq 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə xiyaban ziyarətçiləri qəbul edəcək.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh