“Azəriqaz” Bakının mərkəzində qazın olmamasının səbəbini açıqladı - FOTO

Gündəm 19 Yanvar 2020 23:00 Oxunub 660
“Azəriqaz” Bakının mərkəzində qazın olmamasının səbəbini açıqladı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün əlaqədar qurumlar istirahət günündə də fasiləsiz olaraq iş başındadır

Bakının Nəsimi rayonunda qaz olmamasının səbəbi bəlli olub.  Bu barədə “Azəriqaz” İB açıqlama yayıb.  

“Azəriqaz” İB-nin mətbuat katibi Ceyhun Səfər Avtosfer.az-a bildirib ki, Nəsimi rayonu Salatın Əsgərova və Səməd Vurğun küçələrinin kəsişməsində yeraltı orta təzyiqli, diametri 377 mm olan qaz kəmərində iki gündür ki, qaz sızmasının aradan qaldırılması üçün “Azəriqaz” İB-i gücləndirilmiş iş rejimində təmir-bərpa işləri aparır.  

Havanın gün ərzində yağıntılı keçməsi də təmir prosesini nisbətən ləngidir. Qazıntı aparılan yerlər yağış suları ilə dolur və kəmər üzərində təmir prosesinin icrası üçün suyun çəkilməsinə zərurət yaranır. 

Buna baxmayaq, bütün əlaqədar qurumlar istirahət günündə də fasiləsiz olaraq iş başındadır.  

Qeyd edək ki, bu gün saat 18:00-da qaz xəttinin təmir olunmuş hissəsi mənbəyə birləşdirilib. Bu müddət ərzində təxminən saat 22:00-dək S.Vurğun, S.Əsgərova, R.Behbudov, S.Rüstəm, Ə.M.Topçubaşov, Bülbül və Mərdanov qardaşları küçələrində bir qrup abonentin qaz təchizatı dayandırılıb.  

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh