Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Qəzalar 19 Yanvar 2020 23:15 Oxunub 811
Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralının vəziyyəti ağır qiymətləndirilir

Bakıda avtomobil piyadanı vuraraq digər avtomobilin üstünə atıb.

Avtosfer.az “Report”-a istinadən  xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

“İnşaatçılar” metrostansiyasının yaxınlığında Rəşad adlı 22 yaşlı gənc (soyadı dəqiqləşdirilir-red) yolu keçərkən onu avtomobil vurub. Piyada zərbənin gücündən digər avtomobilin üzərinə düşüb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh