Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var

Qəzalar 20 Yanvar 2020 00:15 Oxunub 948
Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"-a istinadən məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində 3 avtomobilin toqquşması zamanı 1981-ci il təvəllüdlü Məmmədzadə Xanbaba Zakir oğlu, 1989-cu il təvəllüdlü Musayeva Aysel Şirvan qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

X.Məmmədzadəyə çanağın, A.Musayevaya isə sol bel nahiyəsinin əziyi diaqnozları qoyulub.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh